Azərbaycanlı şəhid general-mayor Polad Həşimovun adı Türkiyədə əbədiləşdiriləcək.
Abzas xəbər verir ki, şəhidin adı Bursanın Osmanqazi rayonunda salınacaq böyük parka veriləcək. Bu barədə Osmanqazi Bələdiyyəsinin başçısı Mustafa Dündar açıqlama verib.
Bu təşəbbüsü, Mustafa Dündar bələdiyyənin oktyabr ayı üçün təşkil olunan iclasında açıqlayıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov 14 iyulda Ermənistanın Tovuz rayonuna hücumu vaxtı şəhid olub.