Paşinyanın partiyasından daha bir deputat istefa verdi

Paşinyanın partiyasından daha bir deputat istefa verdi
6 Oktyabr 2020
Mətni dəyiş

Ermənistanın baş naziri Nikol Paşinyanın lideri olduğu hakim “Mənim addımım” parlament fraksiyasının üzvü Tiqran Ulixanyan deputat mandatından imtina edib. 

“Report” xəbər verir ki, məlumatı “Novosti Armenii - news.am” yayıb.

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan onun deputat səlahiyyətlərinin dayandırılması haqqında protokolu imzalayıb.

T.Ulixanyan istefasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyanın partiyasından daha bir neçə deputatın istefa verdiyinə dair xəbər yayılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun