Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-i bu gün məlumat yayıb.
Paşinyanın Qarabağda separatçı rejimin rəhbərliyi və hərbçilərlə görüş keçirdiyi bildirilir.
Erməni KİV-ləri yazır ki, Paşinyan dünən axşam saatlarında Qarabağa gəlib və gecə geri qayıdıb. Onun Rusiya prezidenti Vladimir Putinə də Xankəndindən zəng vurduğu bildirilir. Onun işğal olunmuş ərazilərimizə bu dəfə qaranlıqda gəlib qayıtması görünür Azərbaycan ordusunun raket, və ya dron zərbələrinə tuş gəlməmək qorxusu ilə bağlıdır.