Ombudsman Aparatı: Gəncədə ölənlərin və yaralananların sayında artım ola bilər

Ombudsman Aparatı: Gəncədə ölənlərin və yaralananların sayında artım ola bilər
11 Oktyabr 2020
Mətni dəyiş

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, 11.10.2020-ci il tarixdə gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 28 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Bu barədə Ombudsman Aparatından bildirilib.

Hal-hazırda hadisə yerində dağıntılar altında qalan insanların xilas edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir, bu baxımdan ölənlərin və yaralananların sayında artım ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun