Nikol etiraf edib ki, generallara qəhrəman adı verməyə tələsib

Nikol etiraf edib ki, generallara qəhrəman adı verməyə tələsib
22 Oktyabr 2020
Mətni dəyiş

Qarabağın cənubunda hərbi əməliyyatlar keçirilir, vəziyyət ağırdır, Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da canlı yayımda etiraf edib. Bununla Xudafərinə əks-hücumunun (buna görə  iki generala qəhrəman adı vermişdi) uğursuz olduğunu etiraf edib.

“Bu gün biz tariximizin qəhrəmanlıq epizodunu təkrarlamalıyıq, çünki 1990-cı illərdə birinci Qarabağ müharibəsi zamanı vəziyyət xeyli ümidsiz idi, heç bir çıxış yolu yox idi. Ancaq xalqımız öz həll yolunu tapdı, məsuliyyəti öz üzərinə götürən adamlar oldu və bu gün də belə adamlar var, onların yanında durmaq lazımdır”,-  o deyib.

Ermənistanın gələcəyi hər kəsdən asılıdır. “Sən fəaliyyət göstərməlisən, indi fəaliyyət zamanıdır”, - o bildirib, Qarabağdan olan tələbə və biznesmenləri dərhal Qarabağa getməyə və könüllü orduya yazılmağa çağırıb.

“Biz geri çəkilməyəcəyik, sınmayacağıq, bizi məğlub etmək mümkün deyil və biz qalib gələcəyik”, - Paşinyan müraciətini yekunlaşdırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun