“Münaqişənin hərbi əməliyyatlar hissəsi və ya onun birinci hissəsi bitdi, indi siyasi danışıqlar mərhələsi başlayıb"
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın RBK kanalına müsahibəsində deyib. Prezident əlavə edib ki, atəşkəsin əsas mahiyyəti ondan ibarət olacaq ki, Ermənistan bu ərazilərin bizdə olması faktı ilə razılaşacaq, hərbi yolla onları geri qaytarmaq cəhdləri göstərməyəcək.