Müdafiə Nazirliyindən qan ehtiyatları ilə bağlı açıqlama

Müdafiə Nazirliyindən qan ehtiyatları ilə bağlı açıqlama
5 Oktyabr 2020
Mətni dəyiş
Müdafiə Nazirliyi: “Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur”
Müdafiə Nazirliyindən abzas.netə verilən xəbərə görə, qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.
Bununla əlaqədar bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.
Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun