Mövlud Çavuşoğlu bu gün Azərbaycana gəlir

Mövlud Çavuşoğlu bu gün Azərbaycana gəlir
6 Oktyabr 2020
Mətni dəyiş
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana işgüzar səfərə gəlir. Abzas.net xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. M.Çavuşoğlunun təyyarəsi artıq Bakıya yola düşüb. Məlumata görə, o, Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşəcək. Görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağdakı son vəziyyət müzakirə olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun