Moskvada İranın Qarabağa dair təşəbbüsü müzakirə olunur

Moskvada İranın Qarabağa dair təşəbbüsü müzakirə olunur
30 Oktyabr 2020
Mətni dəyiş

Cümə axşamı Moskvada İran İslam Respublikasının xüsusi nümayəndəsi Abbas Arakçı və RF xarici işlər nazirinin müavini Andrey Rodenko arasında  Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar başlayıb.

İRNA agentliyi bildirir ki, Arakçı görüşdə İranın bu münaqişənin həlli ilə bağlı təşəbbüsünü təqdim edib.

Mənbənin məlumatına görə, Arakçi bildirib ki, "Tehranın planı tərəflərin humanitar prinsipləri və tələbləri üzərində qurulub".

Bu məlumatdan bir şey anlamaq mümkün deyil. Bundan əlavə, öncə Bakıda İran tərəfi bəyan etmişdi ki, plan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur. Buna görə də planın "tərəflərin tələbləri"ni nəzərə aldığını bildirmək ciddi görünmür. Məlum olduğu kimi, erməni tərəfi Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına təkid edir ki, bu da Azərbaycanın bütövlüyünü istisna edir.

Qeyd edək ki, Araqçı dörd ölkə üzrə turneyə çıxaraq İranın təşəbbüsünü təqdim edir. O, artıq Bakıda olub və prezident İlham Əliyevlə görüşüb. Moskvadan sonra  Ankara və Yerevana  gedəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun