“Mən Gürcüstanın övladı, Ukraynanın vətəndaşıyam. Həm gürcülər, həm də ukraynalıların ərazi bütövlüyü prinsipini dəstəkləməmələri mümkün deyil”.
Abzas.net xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yerləşdirdiyi videomüraciətində deyib.
Onun sözlərinə görə, separatçılığı dəstəkləmək qeyri-mümkündür: “Etnik mənsubiyyətindən asılı olmayaraq separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır. Ukrayna hökumətinin də bildirdiyi kimi və mənim də dəfələrlə dediyim kimi biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”. (Report)