Minlərlə insan Minskdə yürüş keçirib

Minlərlə insan Minskdə yürüş keçirib
19 Oktyabr 2020
Mətni dəyiş

Minlərlə Belarus vətəndaşı hakimiyyətin nümayişçilərə atəş açmaq təhdidinə baxmayaraq, Aleksandr Lukaşenkonun avtoritar hakimiyyətinə etiraz olaraq oktyabrın 18-də küçələrə çıxıb.

Vətəndaşlar ölkədə etiraz hərəkatının 11-ci həftəyə qədəm qoyduğu vaxt əllərində müxalifətin qadağan olunmuş qırmızı və ağ rəngli bayraqları paytaxt Minskin mərkəzində dinc yürüş keçirib.

“Pəncərəyə baxın. Televiziyaya baxmağı dayandırın” – deyə, etirazçılar mitinqlərin həcmi və dinc xarakterini əhəmiyyətsiz qoyan dövlət mediasına istinad edərək, şüarlar səsləndirib.

Son iki ay ərzində hər bazar günü təşkil edilən hökumət əleyhinə nümayişlər on minlərlə insanı cəlb edib. Oktyabrın 18-i yürüş hakimiyyətin etirazçılara atəş açmaqla bağlı hədələrindən bir neçə gün sonra keçirilir.

Belarusda 1994-cü ildən bəri iqtidarda olan Lukaşenkonun geniş seçki saxtakarlığı iddiaları fonunda avqustun 9-da keçirilən prezident seçkilərinin qalibi elan edilməsindən sonra etirazlar davam edir.

Lukaşenkonun ən ciddi rəqibi olan müxalifət lideri Svetlana Tixanovskaya onun tərəfdarları və başqalarının qələbə çaldığını dedikləri səsvermədən sonra Litvaya qaçmaq məcburiyyəti qarşısında qalıb.

Tixanovskaya və onun tərəfdarları keçən həftə Lukaşenkonu oktyabrın 25-ə qədər istefa verməyə çağırıraq, əks təqdirdə ümumxalq tətili ilə qarşılacağı ilə bağlı xəbərdaqlıq edərək, təzyiqlərini artırıblar.

Avropa İttifaqı və ABŞ Lukaşenkonu Belarusun legitim lideri kimi tanımaqdan imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun