Belarasiyada buzlar əriməyə başlayır. Uzun illərin kolxoz sədri şefliyindən 26 illik prezidentlik dövrünə qədər bir insanın boyuna biçilmiş bir sistem üzü aşağı gedir. Xalqın kütləvi və sərt etirazlarının qarşısı alınsa belə, yenə də xalqın dirənişi onun bəri başdan mənəvi qələbə çaldığını ortaya qoyur. Bir neçə illər Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında formal iştirakı olan bir dövlət üçün Rusiya son sığınacaq oldu. Yalnız Putinizm ona dayaq duracaq qədər son dayanacaq kimi görünür.
Belarusiyanın indiki düşdüyü iqtisadi durğunluqdan çıxış yollarından biri də xarici borclanmaya baş vurmasıdır. Belarusiyanın xarici borcu 18 milyard civarında olmasına baxmayaraq yenə də kredit axtarışındadır. 1994-cü ildən təkbaşına hakimiyyəti beşəlli saxlayan bir avtoritar şəxsə reputasiyalı beynəlxalq maliyyə təşkilatları yox, yalnız Putin kimi eyni sovet sevgisini qəlbində gəzdirən dövlət başçıları ayaqda tuta bilərlər. Qərb və Avropa İttifaqı ona pul vermək fikrində deyillər. Yalnız ortada Putinin 1,5 mlrd. dollarlıq şifahi vədi var, vəssəlam.