Avropa İttifaqı xarici işlər nazirləri oktyabrın 12-də Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Alyaksandr Lukaşenkanın üzərinə sanksiyalar qoyulması barədə razılığa gəliblər.
Bunun ardınca Lukaşenkanın hökuməti ona qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarına güllə atıla bilcəyi ilə hədələyib.
Belarus daxili işlər nazirinin birinci müavini Henadz Kazakeviç oktyabrın 12-də yayınlanmış video müraciətində deyib:
“Biz küçələri tərk etməyəcəyik və ölkədə qanun-qaydanı təmin edəcəyik. Hüquq-mühafizə heyəti və daxili qoşunlar xüsusi ləvazimatdan və ehtiyac olarsa odlu silahdan istifadə edəcək”.
Təhlükəsizlik qüvvələri indiyədək etirazçılara qarşı suatanlardan, rezin güllələrdən və səs qumbaralarından istifadə etdiyini etiraf edib.