Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qarabağda təmas xəttinə rusiyalı hərbi müşahidəçilərin yerləşdirilməsini düzgün addım sayır. Ancaq onun sözlərinə görə, buna Bakı və Qarabağ qərar verməlidir. Bu haqda "Reuters" yazır. Lavrov həmçinin, Türkiyən münaqişədə tutduğu mövqe ilə razılaşmadığını bildirib. Onun sözlərinə görə, Türkiyə Qarabağdakı hərəkətlərində şəffaf olmalıdır.