Kreml: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən müxtəlif səviyyələrdə dialoq aparır

Kreml: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən müxtəlif səviyyələrdə dialoq aparır
8 Oktyabr 2020
Mətni dəyiş

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən müxtəlif səviyyələrdə dialoq aparır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ali səviyyə daxil olmaqla, ən müxtəlif səviyyələrdə dialoq davam etdirilir. Bundan artığını deyə bilmərəm”, - deyə Kremlin sözçüsü vurğulayıb. Peskov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün keçirilməsinin mümkünlüyü ilə bağlı suala belə cavab verib: “Hələlik üçtərəfli görüşdən söhbət getmir. Vəziyyəti nizamlamağa və onu silahlı qarşıdurma fazasından çıxarmağa kömək edən hər hansı təmaslar ancaq alqışlana bilər. Hazırda belə görüşdən söhbət getmir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun