Koronavirusa yoluxan "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Portuqaliyadan İtaliyaya uçub.
"Report" "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu şəxsi təyyarə ilə Turinə yollanıb.
Təcrübəli forvard koronavirusa qarşı profilaktik tədbirlərə riayət etmək üçün təyyarəyə təcili yardım maşını ilə gedib.
Qeyd edək ki, Kriştianu Ronaldu koronavirusa ötən gün yoluxub. Ronaldu A Seriyasının növbəti turunda "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə görüşdə iştirak edə bilməyəcək. Turin təmsilçisi oktyabrın 28-də Çempionlar Liqasının II tur matçında İspaniya "Barselona"sı (28 oktyabr) ilə üz-üzə gələcək.