"Kimdir bu müsəlman ölkəsinin düşməni? Barxudarov ya Arzumanyan?" - AXCP-dən İrana reaksiya

"Kimdir bu müsəlman ölkəsinin düşməni? Barxudarov ya Arzumanyan?" - AXCP-dən İrana reaksiya
27 Oktyabr 2020
Mətni dəyiş

"27 ildir erməni separatçılarının nəzarət etdiyi sərhədlərini qorumayıb, indi Azərbaycan o sərhədlərə nəzarət edən kimi təlimlərə başlayır, sərhəd zastavaları qurur"

Bu fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi bildirib.

Seymur Həzi qeyd edib ki, İrandan soruşmaq lazımdır, kimdir onların düşməni?

"İrandan soruşmaq lazımdır ki, kimdir bu müsəlman ölkəsinin düşməni? Barxudarov, ya Arzumanyan?", - deyə AXCP sədrinin müavini sual edib.

İranın bir neçə generalı İran - Azərbaycan sərhəddinin bərpasəndan sonra yarana biləcək təhlükələri nəzərdə tutaraq, "Iranın da səbri bir yerə qədərdir. Ərazilərimizə təhlükə yaranarsa, buna cavabsız qalmayacağıq", - deyə bildiriblər. Bundan sonra İranın Azərbaycanla olan yeni sərhədlərinə ordu və texnika göndərildiyinə dair məlumatlar yayılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun