Jurnalistin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Jurnalistin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb
9 Oktyabr 2020
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun işi üzrə məhkəmə prosesi davam edib. Oktyabrın 9-da hakim məhkəmə istintaqının başa çatdığını bildirib.

Dünın keçirlən məhkəmə iclasına 2015-ci ildən İslam Partiyasının mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Akif Heydərov, İslam Partiyasının keçmiş üzvü Elçin Manafov, Nardaran məhbusu Abbas Hüseynin anası Rəhimə Hüseynova şahid qismində dəvət olunmalarına baxmayaraq heç biri gəlməyib.

Hakim Faiq Qəniyev bildirib ki, Rəhimə Hüseynova ilə telefon əlaqəsi saxlanılıb və səhhəti ilə bağlı gələ bilməyəcəyini bildirib.

Digər iki şahid məhkəmə prosesində iştirak edə bilməyəcəkləri ilə bağlı teleqram göndərib.

Bu şahidlərin Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq idarəsində verdiyi ifadələrdə Polad Aslanovun əleyhinə yalan və heç bir fakta əsaslanmayan məqamlar var .Hər üç şəxsin ifadəsi məhkəmədə səsləndirilmiş ifadə hesab olunub və hər üç şəxs bildirib ki, ifadələrini təsdiq edib.

Bundan sonra hakim bildirib ki, digər şahidlər- Ramiz Həsənov və Rauf Qurbanlı (Polad Aslanovla qonşu olub) dəfələrlə məhkəmə prosesinə dəvət edilsə də prosesə gəlməyib.

Bu zaman Polad Aslanovun vəkili Elçin Sadıqov vəsatət verib ki, qanunla nəzərdə tutulmuş qayda ilə polisin onları gətirmək hüququ var və onları polis gətirməlidir.

Lakin məhkəmə bu vəsasəti təmin etməyib.

Prosesdə iştirak edən Polad Aslanov vəkili Elçin Sadıqova Vəkillər Kollegiyası tərəfindən qanunsuz olaraq təzyiq olunması ilə bağlı oktyabrın 1-də aclıq aksiyasına başladığını deyib.

Eyni zamanda yazılı və şifahi olaraq 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova aclığı aksiyasına başladığını və səbəblərini bildirib.

O məhkəmə prosesində bildirbi ki, oktyabrın 2-də aclıq aksiyasını dayandırması ilə bağlı Polad Aslanova təzyiqlər olunub. Belə ki,onun saçı qırxılıb, qollarına qandal vurulub və ağır cinayət törətmiş 4 nəfər şəxslə birlikdə karsa salınıb, betonun üstə yatıb, 4 gün karsda saxlanılıb.Aclığı dayandırması ilə bağlı onunla birlikdə karsda saxlanıldığı məhbuslar ona təzyiqlər edib ki,"biz sənə görə buradayıq, sən aclığı dayandır, bizi də karsadan çıxartsınlar," Aslanov qeyd edib.

“Hazırda Polad Aslanov qiripdi, qızdırması və öksürəyi var.Ona heç bir tibbi yardım göstərilmir,“ jurnalistin həyat yoldaşı Gülmirə Aslanova qeyd edib.

Bununla da Polad Aslanovun məhkəmə istintaqı yekunlaşıb.

Növbəti məhkəmə prosesi oktabrın 15-də dövlət ittihamçısının və müdafiə tərəfin çıxışı ilə davam etdiriləcək. ​

Xatırlama

xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov ötən il iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi açıqlamada iddia olunur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - CM-in 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir.

Polad Aslanov ittihamların heç birini qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən xüsusi xidmət orqanları əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun