Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 804 nəfər xəsarət alıb.
Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.