İsrailin Kəşfiyyat naziri bazar günü İsrailin bölgədəki hərbi üstünlüyünün qorunmasının vacibliyini əsas gətirərək, ABŞ-ın F-35 döyüş təyyarələrini Qətərə satılmasına qarşı çıxacağını bildirib.
Kəşfiyyat naziri Eli Kohen bu açıqlamaları İsrail ordusunun radiosuna Qətərin F-35 döyüş təyyarələri almaq üçün Vaşinqtona rəsmi müraciət göndərdiyi barədə Reuters xəbər agentliyinin məlumatı ilə əlaqədar sualları cavablandıran zaman verib.
Kohen İsrailin belə bir satışa qarşı çıxıb-çıxmayacağı ilə bağlı sualın cavabında deyib: "Cavab `bəli`dir. Regionda təhlükəsizliyimiz və hərbi üstünlüyümüz bizim üçün ən əhəmiyyətli şeylərdir. Regionumuz hələ də İsveçrəyə çevrilməyib."
Qətər müraciəti ABŞ və Birləşmiş Ərəb Əmirlikləri arasında avqust ayında Vaşinqtonun ABŞ-ın vasitəçiliyi ilə İsraillə diplomatik əlaqələrin normallaşdırılması üçün imzalanan razılaşmadan əlavə əldə edilən anlaşma çərçivəsində Körfəz ölkəsinin F-35 təyyarələri almasına razılıq verilməsini nəzərdən keçirməyə razı olmasından sonraya təsadüf edir.