İran bazar ertəsi 272 nəfərin öldüyünü təsdiq edərək, son iki gündə ardıcıl olaraq koronavirus nəticəsində ən yüksək ölüm halları sayını açıqlayıb.
Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari açıqlamasında İranda yoluxma hallarının da artıdığını və bir gündə 4.206 yeni yoluxma halının qeydə alındığını bildirib.
İran 500 mindən çox təsdiqlənmiş yoluxma halı ilə Yaxın Şərqdə epidemiyanın ən ağır zərbə vurduğu ölkəsindən biridir. Ölkədə 28 800-dən çox ölüm halı qeydə alınıb, xəstəlikdən sağalanların sayı isə 409 000 nəfərdir.
Paytaxt Tehranda vəziyyətin daha da ağırlaşması rəsmilərin bu ayın əvvəlində məhdudiyyətləri sərtləşdirməyə, universitetlər, məktəblər, kitabxanalar, məscidlər, kinoteatrlar, muzeylər və gözəllik salonlarını bağlamağa məcbur edib.
Şənbə günü hökumət bütün Tehran sakinlərinə açıq havada və ictimai yerlərdə üz maskaları taxmalarını əmr edib və qanunu pozanların cərimə edəcəyi barədə xəbərdarlıq edib. Nazirlər Kabinetinin sözçüsü Əli Rabeyi deyib ki, testləri müsbət çıxan şəxslərin yaxından izlənəcək.
80 milyon əhalisi olan İran virusun yayılmasının qarşısını almaq üçün mübarizə aparır. Hökumətin may ayında hərəkət məhdudiyyətləri nəticəsində buna nail olunmasına baxmayaraq, iyun ayında yoluxmalar yenidən geri artmağa başladı. Son həftələr İranda gündəlik ölüm hallarının yüksək həddə çatması hökumət rəsmilərinin sanksiyalara məruz qalan iqtisadiyyatın çökə bilməsi qorxusu ilə tam təcrid tədbirlərinə müqavimət göstərməsinə baxmayaraq, narahatlığının artmasına səbəb olub.
Hökumətin ən yüksək səviyyəli rəsmiləri arasında da virusa yoluxanlar olub. Bu yaxınlarda yoluxanlar arasında ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri və ölkənin büdcə və planlaşdırma üzrə vitse-prezidenti də var. Baş nazirin müavini İshaq Cahangiri və vitse-prezident Məsumə Ebtekar da daxil olmaqla, Nazirlər Kabinetinin yüksək səviyyəli rəsmiləri arasında virus testlərinin müsbət nəticə verdiyi rəsmilər var.