İran XİN başçısının müavini Azərbaycana səfər edəcək

İran XİN başçısının müavini Azərbaycana səfər edəcək
27 Oktyabr 2020
Mətni dəyiş

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi Azərbaycana səfər edəcək.

O, Bakıya bu gecə gələcək.

Səfər zamanı A.Əraqçi iki ölkə arasındakı dövlət sərhədinin təhlükəsizliyi məsələsini müzakirə edəcək.

Xatırladaq ki, Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə Azərbaycan və İranın dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.

Daha əvvəl “RİA Novosti” A.Əraqçinin Rusiya, Ermənistan və Türkiyəyə də səfər edəcəyini yazmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun