İran öz sərhədindən Ermənistana hərbi maşınları buraxmadığını deyir. Abzas.netin məlumatına görə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə belə deyib: "İran öz sərhədi üstündən Ermənistana silah keçirilməsinə yol vermir. Sərhədimiz Ermənistan üçün tranzit rolunu oynayır və biz yaxşı qonşuluq çərçivəsinə sadiq qalaraq sərhəd üzərindən Ermənistan hökuməti üçün yalnız humanitar yüklərin və adamların keçidinə imkan veririk. Heç bir halda hərbi maşınların keçidinə icazə verilmir”. (Azadlıq Radiosu)