İran Azərbaycan torpaqlarının işğalına son qoyulmasında israr edir

İran Azərbaycan torpaqlarının işğalına son qoyulmasında israr edir
14 Oktyabr 2020
Mətni dəyiş

İran Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı mövqeyini bir daha dilə gətirib: Azərbaycanın ərazi bütövlüyünə hörmət və onun torpaqlarının işğalına son qoyulması.

İran Qarabağ münaqişəsinin beynəlxalq qaydalar əsasında həll edilməli olduğunu hesab edir, bu barədə İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi RF-nin Dağlıq Qarabağda döyüş əməliyyatlarına son qoyulması təşəbbüsünü şərh edərkən bildirb. Xəbəri İRNA yayıb.

"Biz regionumuzda münaqişəyə və qan axıdılmasına son qoyacaq istənilən aktı alqışlayırıq", deyə o qeyd edib.

Onun sözlərinə görə, İranın Qarabağla bağlı dəyişməz mövqeyi ölkələrin beynəlxalq sərhədlərinə uyğun olaraq ərazi bütövlüyünün tanınması və ona hörmətdən ibarətdir.

"Biz həmişə işğala son qoyulması zərurətini vurğulayırıq və bu prinsipə riayət edilərsə, münaqişə nizamlanacaq", deyə o əlavə edib.

   "İstənilən dialoqun ilkin şərti - atəşkəsdir", deyən Vaezi qeyd edib ki, İran Qarabağ münaqişəsində vasitəçilik səylərinə görə Rusiyaya təşəkkür edəcək və hər iki ölkənin bu kontekstdə mövcud rəylərə sadiq qalacağına ümid edir".

Bir müddət əvvəl, oktyabrın 6-da İran Dini Liderinin beynəlxalq məsələlər üzrə müşaviri və ölkənin keçmiş xarici işlər naziri Əli Əkbər Velayəti YJC agentliyinə müsahibəsində bildirib ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini dərhal tərk etməlidir.

 “Biz dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət edirik. BMT üzvü olaraq İran bu məsələdə prinsipial mövqe tutur. Xüsusən, münaqişə tərəfləri bizim şimal qonşularımızdırsa”, deyə o bildirib.

Əli Xameneyinin müşaviri bir ölkənin ərazilərinin başqa ölkə tərəfindən işğalının yolverilməz olduğunu qeyd edib.

"Dağlıq Qarabağ" və Azərbaycan Respublikasının ona bitişik yeddi rayonu işğal edilib. BMT bu məsələ ilə bağlı dörd qətnamə qəbul edib. Onlar hamısı Ermənistandan işğal edilmiş əraziləri tərk etməyi, beynəlxalq sərhədlərinə qayıtmağı tələb edir”, deyə Velayəti bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun