İran Ali Rəhbərinin müşaviri: Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır

İran Ali Rəhbərinin müşaviri: Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır
6 Oktyabr 2020
Mətni dəyiş

İran Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini boşaltmasını istəyir. Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamneinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

O bildirib ki, BMT-nin Dağalıq Qarabağın işğaldan azad edilməsi haqqında 4 qətnaməsi var. İran da BMT-nin üzvü kimi bu qərarların yerinə yetirilməsini istəyir.

Ə.Vilayəti diqqətə çatdırıb ki, münaqişə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Dağlıq Qarabağ azad edildikdən sonra onlar öz doğma yurdlarına qayıtmalıdırlar.

Ə.Vilayəti qeyd edib ki, İranın Azərbaycanla bir çox dini, tarixi və mədəni ortaqlıqları var və Azərbaycanın haqqı, ərazi bütövlüyü təmin edilməlidir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun