Musavat partiyasının və Milli Şuranın üzvü - Qarabağ qazisi Tofiq Yaqublu prezident İlham Əliyevin çıxışına münasibət bildirib. Abzas.net xəbər verir ki, o qızı Nigar Həzinin feysbuk hesabından status yazaraq, dəstəyini ifadə edib. "İndicə İlham Əliyevin Azərbaycan xalqına müraciətində Ermənistana qarşı səsləndirdiyi bütün şərtləri və tələbləri tam dəstəkləyirəm. Bunlar Azərbaycanın haqqıdır!", - deyə Tofiq Yaqublu qeyd edib.