Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
O bildirib ki, bu sıraya Hadrut qəsəbəsi və bir neçə kənd daxildir
Belə ki, Hardrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli kəndi, Qışlaq kəndi, Qaraçaylı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi Ermənistanın hərbçilərinin işğalından azad olunub.
17:35
"Bütün cəbhə boyu döyüşlər gedir".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
"Kimə yalvarırsan-yalvar, biz öz torpaqlarımızı geri alacağıq", - o, Paşinyana xitabən əlavə edib.
17:37
“Ermənistanın itkiləri barədə məlumat verirəm: 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 qurğusu, 25 “Osa”, 2 “Kub” zenit raket kompleksi, 4 “Repelent” radio-texniki manea vasitəsi, 136 top, 56 minaatan, 1 TOS 1a odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni məhv edilib".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
“Qənimət kimi götürülmüş hərbi texnika isə aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını”, - Prezident vurğulayıb.
17:40
"Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətddədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin başçılarına müntəzəm olaraq zəng edir".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
"Dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yegənə yolu odur ki, torpaqlarımızdan çıxsınlar. Dəfələrlə bunu demişik", - Prezident deyib.
“Düşmən öz xalqına nağıl danışır ki, guya hücuma keçiblər, guya bizim ordumuza zərbə vururlar”.
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
O qeyd edib ki, Azərbaycanın əsgər və zabiti yüksək psixoloji ruh göstərir:
"Çünki biz öz torpaqlarımızı azad edirik. Döyüş gedən torpaqlar ermənilərin deyil. Ona görə də onlar torpaqları qoyub qaçırlar. Bu gün Azərbaycan torpaqlarında Azərbaycan bayrağı dalğalanılr.
Bu gün ermənilərin səngərində Azərbaycan əsgəri keşik çəkir. Biz onların qənimətindən istifadə edirik. Budur Azərbaycanın üstünlüyü”. 18:00
“Status-kvo deyilən məsələ yoxdur. Qurtardı getdi. Status-kvo belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax orda, döyüş meydanında. Status-kvo yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq"
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.
"Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər? İradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq - tarixi qələbə çalırıq. Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir və gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı bərpa edəcəyik. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Düşməni bundan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənib. Qovacağıq onları, axıradək. Bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır”, - o əlavə edib.