“Füzuli rayonunun bir sıra kəndlərini biz işğalçılardan azad etdik”.
Bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, - deyə Prezident İlham Əliyev bildirib.
İlham Əliyev deyib ki, bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə də döyüş meydanında əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.
“Həm şimal, həm cənub, həm şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir”, - Prezident vurğulayıb.