Human Rights Watch Azərbaycanda araşdırma aparacaq

Human Rights Watch Azərbaycanda araşdırma aparacaq
29 Oktyabr 2020
Mətni dəyiş

Human Rights Watch Beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda araşdırma aparacaq. Bunu qurumun Avropa və Orta Asiya şöbəsinin müdiri Giorgi Gogia BBC News Azərbaycancaya deyib.

Çərşənbə axşamı erməni silahlılarının Bərdənin Qarayusifli kəndinə atdığı raket zərbəsi nəticəsində 5 mülki şəxsin ölməsindən sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Human Rights Watch və Amnesty International təşklilatlarını Azərbaycana dəvət edib.

O, çərşənbə günü Bərdənin mərkəzində 20-dən çox adamın ölümünə və 70-dən çox şəxsin yaralanmasına səbəb olan raket zərbəsindən sonra öz müraciətini təkrarlayıb.

"Human Rights Watch və Amnesty International təşkilatlarını Ermənistanın bu kimi cinayətlərini yerində qiymətləndirilməsinə dəvət edirik,"- Hikmət Hacıyev Bərdəyə bu gün olan hücum barədə yazarkən öz Twitter səhifəsində qeyd edib.

Human Rights Watch-ın təmsilçisi Giorgi Gogia BBC News Azərbaycancaya deyib ki, onlar hələ də Xarici İşlər Nazirliyi ilə danışıqlar aparırlar: "Amma razılğa gəlinib ki, Human Rights Watch-ın nümayəndələri Azərbaycana gəlsinlər və araşdırmalar aparsınlar".

Human Rights Watch-un nümayəndəsi deyib ki, özü Azərbaycanda "arzu edilməyən şəxslər" siyahsında olduğundan gələ bilməyəcək, amma təşkilatın başqa nümayəndələri gələcəklər.

O, səfərin nə zaman baş tutacağının bəlli olmadığını deyib.

Amnesty International təşkilatının Azərbaycana dəvətlə bağlı şərhi məlum deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun