Hulusi Akar: “Türkiyə sonadək Azərbaycanın yanındadır”

Hulusi Akar: “Türkiyə sonadək Azərbaycanın yanındadır”
12 Oktyabr 2020
Mətni dəyiş

“Azərbaycanla Türkiyə qardaşdır. Bizim bir-birimizdən ayrılmağımız mümkün deyil. Nə lazım idisə etdik, etməyə də davam edirik”.

DHA xəbər verir ki, bu fikirləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

“Azərbaycan ərazilərini işğal edən təcavüzkar, barbar Ermənistan var. O insanlardan soruşmaq lazımdır: 30 il ərzində azərbaycanlı qardaşlarımız dialoq üçün gözləyib, bu günədək nə edibsiniz? Bunun cavabı sıfırdır. Bu mübarizədə Türkiyə sonadək Azərbaycanın yanındadır. Azərbaycanlı qardaşlarımız atəşkəs qərarına riayət edib. Qeyri-səmimilik göstərən Ermənistan isə buna əməl etməyib. Raketlərlə acımasız şəkildə dinc əhalini qətl etməyə davam etdilər”, - nazir bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun