“Ədalətli mübarizələrində həmişə dostlarımızın və qardaşlarımızın yanında olacağıq”. Bu barədə Türkiyə müdafiə naziri Hulusi Akarın Türkiyənin oktyabrın 29-da qeyd olunan milli bayramı – Respublika Günü ilə bağlı müraciətində deyilir.
“Regional və qlobal münaqişələrin dərinləşdiyi bu həssas zamanda bütün imkanlarımızda başda Azəraycanlı və Kiprli qardaşlarımız olmaqla, ədalətli mübarizə aparan qardaşlarımızın yanındayıq”, deyə müraciətdə bildirilir.