"Yaşayış məntəqələrimiz atəşə tutulur"
Abzas.net xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hazırda Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.
Düşmənə qarşı adekvat tədbirlər görülür.