5 Oktyabr 2020
Mətni dəyiş
“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərində mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir”.
Abzas.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
“Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyini və çaxnaşmada olduqlarını göstərir", - Prezidentin köməkçisi vurğulayıb.
(Report)