Hikmət Hacıyev: “Qoy beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün”

Hikmət Hacıyev: “Qoy beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün”
17 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Diplomatik korpus və hərbi attaşelerlə Gəncəyə gedirik. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün”, - H.Hacıyev yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun