“Jurnalistin hesabatı erməni mənşəli Fransa vətəndaşlarının muzdlu döyüşçülər kimi Ermənistan ordusunun sıralarında olduğunu və Azərbaycanın mülki əhalisinə və ordusuna hücum etdiyini sübut edir”.
Bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında “Novaya qazeta”da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı reportaja münasibətində deyib.
“Azərbaycanı ittiham etmək əvəzinə, həmin ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, - deyə Prezidentin köməkçisi qeyd edib.