Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı

Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı
27 Oktyabr 2020
Mətni dəyiş

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi amansızca pozaraq Azərbaycanın Bərdə rayonundakı dinc əhaliyə raketlərlə hücum edib”.

bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bu dəhşətli hücum nəticəsində bir mülki şəxs həlak olub və dörd dinc sakin isə yaralanıb. Ermənistanın hərbi cinayətlərinə son qoyulmalıdır”, - o qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun