“Tərtər şəhərində Ermənistanın qəbiristanlığa qəsdən hücumu nəticəsində 3 mülki şəxs öldürülüb, 3 nəfər isə ağır yaralanıb”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"də yazıb.
“Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır”, - H.Hacıyev qeyd edib.