"Ermənistan təxribatlara əl atmaq əvəzinə, Azərbaycan torpaqlarının işğalına son qoymalıdır".
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
"Ermənistan hökumətinin təhriki ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolları bağlayır, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyata zərər vurur və COVID-19-u yayırlar. Ermənistan belə təxribatlara əl atmaq əvəzinə, Azərbaycan torpaqlarının işğalına son qoymalıdır", - deyə H. Hacıyev qeyd edib.