Hadrut – itirilmiş ərazi

Hadrut – itirilmiş ərazi
13 Oktyabr 2020
Mətni dəyiş

27 sentyabr 2020-ci il tarixindən Ermənistan ordusu ilə döyüşlər zaman Qarabağın Hadrut qəsəbəsində hərbi əməliyyatlara dair ziddiyyətli məlumatlar yayılır.

Farsca “ha”- “du”- “rud” adlanan bu yaşayış məntəqəsi “iki çay arasında” mənasını verir, türkcə Güneyçay və Quzeyçay (Şimal və Cənub çayları) adlanan iki çayı əhatə edir.

1988-ci ildə münaqişə başlanmadan öncə burada azərbaycanlılar və ermənilər yaşayıblar. Azərbaycanlılar qovulub, erməni əhali isə iki dəfə - 4000 nəfərədək artıb. İndi buradan ermənilər də qaçırlar.

Azərbaycan prezidenti oktyabrın 10-da Hadrutun alındığını bəyan etsə də, ermənilər Hadruta tam nəzarət etdiklərini bildirirlər və Bakını dezinformasiyada ittiham edirlər.

Cəbrayıl şəhəri (Hadrutla qonşu) azad edildikdən sonra Müdafiə Nazirliyi onun azad edilməsinə dair videosübut təqdim edib, lakin Hadrutla bağlı hələlik bu, olmayıb.

Separatçıların lideri Arik Arutyunyan oktyabrın 10-da Hadrutda yerli əhali ilə görüşüb və 200 nəfərlik Azərbaycan bölməsi Hadruta daxil olub.

Ermənilərin maliyyələşdirdiyi rusiyalı bloger Semen Pegov guya erməni qüvvələrinin uğurla neytrallaşdırdığı türk xüsusi təyinatlıların olduğunu bildirir.

Döyüşlər zamanı yaşayış evlərinin yarıdan çoxuna ziyan dəyib. Bu barədə “Kafkazskiy uzel” şəhər sakini Qagik Avanesyana istinadən məlumat verib. Onun sözlərinə görə, qadınlar və uşaqlar şəhərdən evakuasiya edilib, yerli əhalinin bir hissəsi isə Ermənistan Silahlı Qüvvələrinin əsgərləri və könüllülərilə  bir yerdə qalıb.

Oktyabrın 12-də Azərbaycan prezidenti Türkiyənin Haber Global telekanalına müsahibəsində aydınlıq gətirib: Azərbaycan ordusu “bu yaşayış məntəqələrinə daxil olmayıb, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur” və əlavə edib ki, ordu qəsəbə üzərində bütün yüksəklikləri götürüb.

Bunu əsgərlərin həyatını qorumaq cəhdi və yaşayış məntəqələrini ələ keçirilməsi üzrə planların olmaması kimi qiymətləndirmək olar.

Yaşayış məntəqələrinin deyil, yüksəkliklərin tutulması taktikası Azərbaycan ordusunun bütün atəş xətti boyunca hərəkətlərilə izlənilir. Talış, Suqovuşan, Çaylı və digər kəndlər oktyabrın 3-də azad edilib, həmin kəndlərin küçələrindən videogörüntüləri isə Müdafiə Nazirliyi oktyabrın 11-12-də yerləşdirib. Hərbi ekspertlər vaxt aralığını yaşayış məntəqəsinin azad edilməsindən sonra onun düşmən minalarından tam təmizlənməsi və zərərsizləşdirilməsi üçün vaxtın lazım olması ilə izah edirlər.

Sentyabrın 27-dən ordu ən ağır döyüşləri məhz Hadrut qəsəbəsi və onun ətrafındakı yüksəkliklərdə aparır, oradan Cəbrayıl və Füzuli rayonlarının böyük hissəsi atəşə tutulur.

Cəbrayıl (Bibliyada adı arxangel Qavriil) 90-cı illərdə ermənilər tərəfindən işğal olunmuş digər şəhərlər kimi yerlə-yeksan edilmiş Azərbaycan şəhəridir. Cəbrayıl separatçılar tərəfindən “DQR”-in tərkibinə daxil edilsə də Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) hüdudlarına daxil deyildi.

Hadruta gəlincə, onun ermənilər üçün itirilməsinin mənəvi-psixoloji əhəmiyyəti var.

Bu, sırf hərbi planda cəbhənin cənub hissəsində idarəetmənin pozulması və itirilməsi deməkdir.

Hadrutda tam məğlubiyyət təkcə mənəvi şok deyil, həm də Azərbaycanla gedən müharibədə məğlubiyyətin əlamətidir.

Qarabağdan olan qaçqınların sayının hər gün artması Ermənistanda ictimai əhval-ruhiyyəni və onun iqtisadiyyatının onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracaq.

Azərbaycan Silahlı Qüvvələri üçün Hadruta nəzarət Füzulinin azad edilməsinə və bir neçə hücumlara yol açır. Növbəti hədəflər Xocavənd (Martuni), Ağdam və Şuşa ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun