Müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.
Abzas.netin məlumatına görə, bu, “Hərbi vəzifə və hərbi xidmət” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi Milli Məclisin oktyabrın 6-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.