Ermənistan ordusunun hərbçisi, əsir Mikaelyan Albert Yervandi xidmət etdiyi hərbi hissədə kürd əsilli muzdlulardan ibarət 1500 nəfərin olduğunu deyib.
Bu haqda APA məlumat yayıb.
Məlumatda A.Mikaelyana istinadən bildirilir ki, hər ay 600 ABŞ dolları pul alan muzdlular ancaq öz dillərində danışıblar, yerli şəraiti öyrənərək döyüşə hazırlaşıblar.
Mikaelyan Albert 2001-ci il doğumludur, Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olub. Hərbi xidmətə 2019-cu ilin dekabr ayında çağırılıb, Gümrü şəhərində xidmət edib.
"Orada 6 ay "Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi almışam, 6 ay sonra Martuni şəhərindəki hərbi hissəyə göndərilmişəm, orada tank əleyhinə tağımda xidmət etmişəm. Orda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi” -erməni əsir belə deyib.