Həmsədrlər bəyanat yayıb

Həmsədrlər bəyanat yayıb
13 Oktyabr 2020
Mətni dəyiş

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar.

Həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı bölgədə fəlakətli nəticələrin qarşısını almaq üçün 10 oktyabrda Moskvada təsdiqlənən razılaşmaya əsasən, tərəflərin öhdəliklərini tam şəkildə icra etmək üçün təcili addımlar atmağa çağırıb. Həmsədrlər mülki itkilərin bütün hallarda qəbuledilməz olduğunu bir daha vurğulayıb.

Həmsədrlər tərəfləri meyitlərin, hərbi əsir və saxlanılanların dəyişdirilməsinə imkan vermək üçün təcili olaraq humanitar atəşkəsi tətbiq etməyə çağırıb və təcili olaraq atəşkəs mexanizminin razılaşdırılması üçün tərəflərə müraciət ediblər.

Həmsədrlər qeyd ediblər ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla danışıqlardan sonra münaqişənin siyasi həll prosesinin əsas müddəaları üzərində tərəflərlə birgə işləyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun