Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.
“StopCov” portalı xəbər verir ki, son 24 saatda 1 941 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 26 min 503-ə çatıb.
Ölkədə xəstəlikdən 193 ( son sutkada 10 ) nəfər vəfat edib. 412 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 10 163-dür.