Gürcüstanda banka silahlı basqın edən şəxs yarım milyon dollar tələb edir

Gürcüstanda banka silahlı basqın edən şəxs yarım milyon dollar tələb edir
21 Oktyabr 2020
Mətni dəyiş

Zuqdididə “Gürcüstan Bankı”nın filialına silahlı basqın edən şəxs yarım milyon dollar tələb edir.

Bu barədə girovluqda olan şəxslərdən biri bildirib.

Onun sözlərinə görə, hazırda silahlı şəxs 19 nəfəri giovluqda saxlayır və tələbi yerinə yetirilməyəcəyi təqdirdə qumbaranı partladacağı ilə təhdid edir.

Basqınçı bankı təhlükəsiz tərk etməsi barədə zəmanət də tələb edir.

Bankdan girovların azad edilməsi istiqamətində xüsusi əməliyyat keçirilir.

Girovların bir neçəsi dam vasitəsilə bankın binasını tərk etməyə nail olublar.

Girovlar yanğınsöndürən maşının kranı ilə damdan endirilib.

Xüsusi əməliyyat davam etdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun