Fransanın sabiq prezidenti yeni ittihamlarla üzləşib

Fransanın sabiq prezidenti yeni ittihamlarla üzləşib
17 Oktyabr 2020
Mətni dəyiş

Maliyyə Prokurorluğu cümə günü Mediapart-ın məlumatını təsdiqləyərək, keçmiş Fransa prezidenti Nikola Sarkozinin 2007-ci ildəki uğurlu seçki kampaniyasını qanunsuz maliyyələşdirdiyinə görə yeni ittihamlarla üzləşdiyini bildirib.

Facebook səhifəsində günahsız olduğunu iddia edən Sarkoziyə qarşı hazırda bu kampaniyanın Liviya tərəfindən maliyyələşdirildiyi ilə bağlı ittiham irəli sürülüb.

2007-2012-ci illər arasında Fransa prezidenti olan Sarkoziyə 2018-ci ildə qanunsuz maliyyələşdirmə və passiv korrupsiya ittihamları irəli sürülmüşdü. O vaxt Sarkozi antikorrupsiya polisi tərəfindən dindirilmişdi. Müstəntiqlər Qəzzafi rejiminin Sarkoziyə seçki kampaniyasına gizlicə 50 milyon avro verməsinə dair iddiaları araşdırıb.

“Dörd gün davam edən sorğu-sual zamanı mənə verilən bütün sualları cavablandırdım (...) qanunsuz maliyyələşdirmə barədə heç bir dəlil olmadığı halda belə günahkar olmadığım yenə nəzərə alınmadı” - deyə, Sarkozi sosial mediada bildirib.

Bu işdə “hiylə” qurbanı olduğunu iddia edən Sarkozi mərhum Jak Şirakdan sonra mühakimə olunan ikinci keçmiş Fransa prezidentidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun