ABŞ-ın yoluxucu xəstəliklər üzrə eksperti Entoni Fauçi bazar günü COVID-19 peyvəndinin təhlükəsiz və təsirli olub-olmadığının dekabrın əvvəlinə qədər aydın olacağını, lakin peyvəndin daha geniş istifadəsinin 2021-ci ilədək mümkün olmayacağını deyib.
"Peyvəndin təhlükəsiz və təsirli olub-olmadığını noyabr ayının sonu və dekabr ayının əvvəlində öyrənəcəyik" -deyə, Fauçi BBC-yə müsahibəsi zamanı deyib.
"Epidemiyanın dinamikasına əsaslı dərəcədə təsir göstərə bilməyiniz üçün əhalinin əhəmiyyətli hissəsini peyvənd etmək barədə danışarkən çox güman ki, bu, ilin ikinci və ya üçüncü rübünə qədər baş verməyəcək."
Hazırda bir çox şirkət peyvəndin hazırlanması üzərində işləyir.
Keçən həftə Pfizer və Moderna şirkətlərinin nümayəndələri peyvəndlə əlaqədar ABŞ-ın Dərman və Ərzaq Administrasiyasının rəsmiləri ilə görüşüblər.
ABŞ-da COVID-19-a yoluxma hallarında cümə günü rekord – 84000-dən yeni infeksiya qeyd edilib.
Yoluxmalarda əvvəlki rekord rəqəm iyulun 16-da 77299 nəfərin yoluxduğu zaman qeyd edilmişdi.
Vaşington Universitetinin mütəxəssisləri fevral ayında virusa yoluxma nəticəsində ölənlərin sayının 500000-nə çata biləcəyini proqnozlaşdırmışdı.
Hazırda ABŞ-da COVID-19 nəticəsində həyatını itirənlərin sayı 230000-dən çoxdur.
Səhiyyə mütəxəssisləri yeni yoluxmaların artmasının səbəbini havaların soyuması ilə insanların daha çox qapalı yerlərə üz tutması, şagirdlər və tələbələrin məktəb və kolleclərə qayıtması ilə izah edirlər.
AŞB-da koronavirusa yoluxanların sayı 9 milyona yaxınlaşır.