Qırğızıstanda parlament seçkilərinin nəticələrinə etiraz edənlər Bişkekin yeni merini təyin ediblər.
“İnterfaks” xəbər verir ki, bu barədə Bişkek meriyası məlumat yayıb.
Paytaxt merinin müşaviri Əziz Surakmatov Güli Almambetovanın sözlərinə görə, müxalifət partiyalarının 30-a yaxın nümayəndəsi meriyanın binasını ələ keçirib, ancaq hələ ki, heç bir tələb irəli sürməyiblər. Meriya binasında jurnalistlərin birinə seçkilərdə məğlub olmuş Respublika Partiyasından millət vəkilliyinə namizəd Jooşbek Koenaliyevin “Bişkekin xalq meri” olduğuna dair bəyanat verilib. Onun yeni mer təyin edilənədək bu vəzifəni icra edəcəyi bildirilib.
Qeyd edək ki, daha əvvəl etirazçılar Qırğızıstan parlamenti və Prezident Administrasiyasının yerləşdiyi “Ağ Ev”ə girmişdilər. Polis əməkdaşları ilə iki saat davam edən qarşıdurmadan sonra etirazçılar binanın yaxınlığındakı hasarlanmış əraziyə girməyə müvəffəq olublar. Daha sonra etirazçılardan bəziləri Milli Təhlükəsizlik Dövlət Komitəsi istintaq təcridxanasının binasına daxil olaraq 2019-cu ilin avqust ayında həbs olunan keçmiş Prezident Almazbek Atambayevi və Qırğızıstanın keçmiş Baş Naziri Sapar İsakovu təcridxanadan sərbəst buraxıblar. (Qafqazinfo)