"Ermənistanın təcavüzü nəticəsində daha bir məktəbli həlak olub" - Nazirlik

"Ermənistanın təcavüzü nəticəsində daha bir məktəbli həlak olub" - Nazirlik
13 Oktyabr 2020
Mətni dəyiş

Təhsil Nazirliyi Ermənistanın dinc əhaliyə təcavüzü nəticəsində həlak olan daha bir məktəbli barədə məlumat yayıb.

Nazirlikdən bildirilib ki, həmin məktəbli Ağcabədi rayonu R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İngəndərovdur.

Bununla təcavüz nəticəsində ölən məktəblilərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Ermənilərin Naftalan şəhəri atəşə tutması nəticəsində 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri də həlak olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun