Ermənistanda son sutka ərzində daha 2213 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla Ermənistanda koronavirusa yoluxanların sayı 75 min 523 nəfərə çatıb.
Daha 12 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1157-ə çatıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.