Ermənistan hökuməti 2020-ci ilin dekabrından Türkiyə mallarının ölkəyə gətirilməsinə qadağan qoyacaq.
Ermənistan hökumətinin oktyabrın 20-də qəbul edilmiş qərarında belə deyilir.
AzadlıqRadiosu Erməni xidmətinin məlumatına görə bu qadağan Türkiyənin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməsi ilə bağlıdır.
Bundan başqa Yerevan Ankaranı Azərbaycana silah-sursat verməkdə ittiham edir.